Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək | 1news.az | Xəbərlər
Siyasət

Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

S.Xankişiyeva13:49 - 16 / 10 / 2021
Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

"Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Biz buna nail olacağıq".

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər