“Bizə bu hissi yaşadanlara ömür boyu borcluyuq” - Deputat Prezidentin Füzuli səfərindən danışdı | 1news.az | Xəbərlər
Siyasət

“Bizə bu hissi yaşadanlara ömür boyu borcluyuq” - Deputat Prezidentin Füzuli səfərindən danışdı

16:00 - 18 / 10 / 2021
“Bizə bu hissi yaşadanlara ömür boyu borcluyuq” - Deputat Prezidentin Füzuli səfərindən danışdı

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində işğal altında olan torpaqlarımızın terrorçu Ermənistan ordusundan təmizlənməsi, şəhər, rayon və kəndlərimizin 44 günə azad edilməsi ermənilərin öz ordularının “məğlubedilməzliyi” ilə bağlı yaratdıqları mifi darmadağın etdi.

Qələbədən sonra bizi yalnız bir məsələ sarsıtdı - torpaqlarımızın erməni vandalları tərəfindən terrora məruz qalması. Bunu bütün dünya gördü. İndi isə biz sevinirik. Çünki Qarabağımız yenidən qurulur. Aparılan təmir-tikinti işləri, yeni infrastrukturların yaradılması, vətəndaşların rifahı üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin açılması, bir qisminin təməlinin qoyulması 30 ilə yaxın ürəyimizdə olan Qarabağ boyda yaramıza dərmandır.

Bu gün Ali Baş Komandanın bu müqəddəs torpaqlara mütəmadi səfərlərinin xüsusi önəm daşıdığını deyən Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a bildirdi ki, səfərlər çərçivəsində ölkə rəhbərinin çıxışlarındakı subniminal mesajlar dünya dövlətlərinə Azərbaycan xalqınını işğalla heç zaman barışmadığını , öz ata-baba torpaqlarına 44 günə necə sahib çıxdığını deyir:

“Məhz bu mesajlar dünyaya erməni lobbisinin nə olduğunu, nəyə qadir olduğunu deyir. Bu gün erməni terrorçuları tərəfindən infrastrukturu tamamilə dağıdılan Füzulidə bərpa prosesinin aparılması, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi təkcə bizi deyil, dost-qardaş ölkələri də sevindirir.

Kiçik bir xatırlatma üçün deyim ki, Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi, burada “Azərişıq” ASC-nin Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi, Füzuli-Ağdam yolunun təməlinin qoyulması, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşının qoyulması kimi bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ancaq və ancaq Azərbaycan dövlətinin öz gücünə həll edilir.

Ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində işğaldan azad olunan torpaqlarımızda qısa zaman kəsiyində çox böyük işlər görüldü və bu davam edir. Əlbəttə ki, biz qalib ölkənin qalib vətəndaşları olaraq bizə bu hissi yaşadanlara ömür boyu borcluyuq”-deyə deputat əlavə etdi.

Aytən Sakitqızı

Paylaş:
540

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər