Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!”

15:21 - 27 / 10 / 2021
Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!”

Bəli, Azərbaycan Ordusunun gücü və Ali Baş Komndan İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində biz öz liderimizlə birlikdə 30 il həsrətində olduğumuz ata-baba torpaqlarımızı 44 günlük əks-hücum əməliyyatları nəticəsində erməni işğalçılarından təmizlədik.

1news.az-ın məlumatına görə bu tarixi Zəfərin müəllifləri erməni ordusunu darmadağın edib, onlara öz layiqli yerlərini göstərdi. Şəhidlərimizin qanı, Qazilərimizin canı, Ali Baş Komandanın siyasi gücü və “Dəmir yumruğu” sayəsində qazandığımız bu Zəfərdə beynəlxalq mövqelərimizi möhkəmləndirən ikitərəfli əlaqələrimiz daha da gücləndi. Bütün dünya Azərbaycanın nəyə qadir olduğunu bir daha gördü. Ermənilərin güclü havadarları olsa da, bu bizi istəyimizdən yayındırmadı.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov da deyir ki, bütün təzyiqlərə baxmayaraq, biz istədiyimizi aldıq və bütün dünyaya “Qarabağ Azərbaycandır!” ifadəsinin doğruluğunu qazandığımız qələbə ilə sübut etdik:

“Hamıya bəllidir ki, bir il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə aparıb, böyük tarixi nailiyyətlərə imza atdı. II Qarabağmüharibəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı".

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər