ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək

11:17 - 02 / 11 / 2021
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olson Cənubi Qafqaza səfər edəcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, xanım Olson regional əməkdaşlığı təşviq etmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.

E. Olsonun Ermənistana səfəri çərçivəsində noyabrın 2-dən 4-dək ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaq.

E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər