“Bu, müharibədən çıxan ölkə üçün alqışalayiq addımdır!”- Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Bu, müharibədən çıxan ölkə üçün alqışalayiq addımdır!”- Deputat

12:41 - 04 / 11 / 2021
“Bu, müharibədən çıxan ölkə üçün alqışalayiq addımdır!”- Deputat

“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Vəziyyəti nəzarət altında saxlaya bilirik. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.

1news.az-ın məlumatına görə bu sözləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

"Biz əsasən "SinoVac" və "Pfizer" vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür", - dövlət başçısı bildirib.

Bəli, ölkə rəhbərinin də qeyd etdiyi kimi hazırda peyvəndləmə səviyyəsi yüksəkdir. Könüllülük prinsipi əsasında təşkil olunan peyvəndləmədə iştirak edən vətəndaşlar artıq 3-cü doza vaksinin vurulması prosesinə də qatılırlar. Bu, dünyanı cənginə alan “COVID 19” bəlasından xilas olmaq üçün hələki yeganə yoldur.

Milli Məclisin deputatı Vüqar İskəndərov 1news.az-a açıqlamasında bildirdi ki, bu gün Azərbaycan hökuməti tərəfindən COVID-19-un vətəndaşlara mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilir:

“İlk əvvəl qeyd edim ki, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bir daha qeyd etdi ki, məhdudiyyətlərin qoyduğu çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər görülür, sosial yardım paketlərini yaradılıb, işsiz vətəndaşlar üçün dövlət büdcəsindən 2,9 milyard ABŞ dolları həcmində sosial paketin vəsaitləri ayrılıb. Bilirsiniz, bu pandemiyanın dünya iqtisadiyyatını çökdürdüyü və müharibədən çıxmış bir ölkə üçün necə alqışalayiq addımdır. Bu bir daha sübut edir ki, ölkə rəhbəri üçün hər şeydən vacib vətəndaş məmnunluğudur”.

Vaksinləmənin əhəmiyyətindən danışan deputat qeyd etdi ki, peyvəndləmə vətəndaşların sağlamlığına hesablanan məqsədyönlü addımdır:

“Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, hazırda ölkəmizdə "Sinovac" və "Pfizer" vaksinlərindən istifadə edilir. Bu dövlətin vətəndaşın sağlamlığını qorumaq üçün atdığı ən vacib addımlardan biridir. Sevindirici haldır ki, bu gün hər bir Azərbaycan vətəndaşı artıq 3-cü doza vaksinin vurulmasında könüllülük nümayiş etdirir.

Xüsusi olaraq deyim ki, ölkəmizdə Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində pandemiya elan olunan gündən koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərə start verildi, dövlət tərəfindən bütün lazımi addımlar vaxtında atıldı, beynəlxalq təşkilatlarla sıx təmaslar quruldu. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işləri həyat keçirildi. Məhz görülən bu və ya digər vacib müfəssəl tədbirlər nəticəsində sərt karantin rejimi yumşaldıldı”.

Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Aytən Sakitqızı

Paylaş:
494

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər