Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib - FOTO

12:18 - 16 / 11 / 2021
Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib - FOTO

Təl-Əvivdə İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsrail Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi, İsrail İxrac İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən aidiyyəti qurumların nümayəndələri, kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin rəhbərləri iştirak ediblər.

1news.az-ın verdiyi xəbərə görə, biznes forumun açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, keçirilən yüksək səviyyəli tədbir Azərbaycanla İsrail arasında ümumi işgüzar maraqların və yüksək səviyyəli əlaqələrin inkişafından xəbər verir. Forum biznes sektoruna kənd təsərrüfatı sahəsində ən yaxşı təcrübələrini bölüşmək və mövcud tərəfdaşlığı daha da inkişaf etdirmək üçün mühüm imkanlar yaradır: “Hər iki ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri əməkdaşlığı daha da inkişaf etdirmək üçün ikitərəfli görüşlər keçirmək şansından maksimum yararlanacaqlar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, aqrar sahədə əsas hədəflər ətraf mühitin mühafizəsi, ərzaq təhlükəsizliyi, aqrar məhsul ixracının artımı və sosial məsuliyyəti balanslaşdıran davamlı kənd təsərrüfatı yaratmaqdır”.

Nazir İnam Kərimov 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb: “Qarşıdakı illər üçün əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Bu ərazilərin geniş kənd təsərrüfatı potensialı var və azad olunmuş torpaqlar Yaşıl Enerji Zonaları elan edilib. Bu ərazilərdə kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanacaq. Bunu nəzərə alaraq, İsrail şirkətləri özlərinin ən yaxşı texnologiya və təcrübələrini Azərbaycan şirkətləri ilə bölüşə bilərlər”.

Biznes forumda çıxış edən İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer Azərbycanla əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq etdiyini deyən nazir xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcud olduğunu bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanla aqrar sahədə mütəxəssis hazırlığı, təcrübə mübadiləsi, müasir texnologiyaların transferi, aqrar tədqiqatlar sahəsində əməkdaşlıqda xüsusilə maraqlıdır: “Əməkdaşlığın inkişaf etdirilməsində ən böyük rollardan biri biznes qurumların üzərinə düşür və kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərin əməkdaşlığı yekun nəticədə ölkələrin aqrar sahədə əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanla İsrail qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışmalıdır. Bu sahədə əsas məsuliyyət həm də böyük şirkətlərin üzərinə düşür. Ümidvaram ki, biznes forum çərçivəsində İsrail və Azərbaycandan olan iş adamlarının keçirəcəyi təkbətək görüşlər, aparacaqları fikir mübadiləsi yekunda iki ölkə arasında əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”.

Daha sonra biznes forumda Azərbaycan və İsrailin kənd təsərrüfatı potensialına həsr olunmuş təqdimatlar keçirilib. Forum Azərbaycan və İsrail iş adamlarının ikitərəfli görüşləri ilə davam edib. Azərbaycan şirkətlərinin nümayəndələri israilli həmkarları ilə aqrar sahənin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıb, əməkdaşlığın inkişaf perspektivlərini dəyərləndiriblər.

1news.az

Paylaş:
505

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər