Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb - Mikayıl Cabbarov
Hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Bu istiqamətdə Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.
1news.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, karantin rejiminin əhəmiyyəti dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir:
"Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib", - deyə nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, büdcədə sosial proqramların həyata keçirilməsi tədbirləri nəzərdə tutulur.
1news.az