Nazir müavini: “Gələn il məşğulluq tədbirlərinin böyük hissəsi azad olunmuş ərazilərə dönəcək vətəndaşlara yönəldiləcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir müavini: “Gələn il məşğulluq tədbirlərinin böyük hissəsi azad olunmuş ərazilərə dönəcək vətəndaşlara yönəldiləcək”

13:11 - 17 / 11 / 2021
Nazir müavini: “Gələn il məşğulluq tədbirlərinin böyük hissəsi azad olunmuş ərazilərə dönəcək vətəndaşlara yönəldiləcək”

“Məşğulluq xidmətlərinin beynəlxalq təcrübə əsasında qurulması, elektron xidmətlərin sayının artırılması və digər istiqamətlərdə ardıcıl işlər görülür”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini gücləndirmək üçün işlər görülür: “2022-ci il üçün nəzərdə tutulan gəlirlərin ümumi faizi işsizlikdən sığorta yığımları hesabına formalaşıb. Dövlət başçısının tapşırığına uyğun olaraq həyata keçirilən özünüməşğulluq layihəsinə 46 %-dən çox vəsait ayrılıb. Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı üzrə aqrar obyektlərin sığortalanması tətbiq ediləcək. 2022-ci ildə Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Növbəti ildə məşğulluq tədbirlərin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək”.

1news.az

Paylaş:
421

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər