Bu ölkədə vaksin vurdurmayanlar rahat ölə bilməyəcəklər | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə vaksin vurdurmayanlar rahat ölə bilməyəcəklər

14:01 - 25 / 11 / 2021
Bu ölkədə vaksin vurdurmayanlar rahat ölə bilməyəcəklər

Almaniyada koronavirus xəstələri və ya COVID-19-a qarşı peyvənd vurdurmayanlar evtanaziya hüququndan istifadə edə bilməyəcək.

1news.az xəbər verir ki, mütəxəssislər bildirir ki, evtanaziya və ona hazırlıq məsuliyyət tələb edir, eyni zamanda insanın bu mərhələdə digər insanlarla ünsiyyəti mütləqdir.

Belə olan halda isə şüurlu sürətdə həyatla vidalaşmaq istəyən insanla təmasda olan şəxslər yoluxucu virusa tutula bilərlər.

Qeyd edək ki, bir çox dünya dövlətlərində qəti olaraq qadağan edilən evtanaziya Almaniya Niderland, İsveçrə, Danimarka və Belçika kimi dövlətlərin hüquq sistemlərində bəzi şərtlər altında qanuni akt kimi qəbul edilir.

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər