Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər nağdsız qaydada həyata keçiriləcək
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
1news.az-ın məlumatına görə. bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə üçüncü oxunuşda qəbul edilib.
1news.az
301