Rusiya aviaşirkətinə Moskvadan Füzuliyə uçuşlar üçün icazə verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rusiya aviaşirkətinə Moskvadan Füzuliyə uçuşlar üçün icazə verilib

15:34 - 20 / 12 / 2021
Rusiya aviaşirkətinə Moskvadan Füzuliyə uçuşlar üçün icazə verilib

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "IrAero" aviaşirkətinə Moskva-Füzuli marşrutu üzrə həftədə iki dəfə uçuşların yerinə yetirilməsi üçün icazə verib.

1news.az-ın "Rosaviasiya"ya istinadən verdiyi məlumata görə, bundan başqa, sözügedən aviaşirkətə Moskva-Zaqatala aviareysi üzrə uçuşların həftədə iki dəfə həyata keçirilməsinə icazə verib.

Xatırladaq ki, "Rosaviasiya" tərəfindən icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil. İcazənin olması aviareyslərin bərpası və ya açılmasından sonra aviaşirkətin müəyyən marşrut üzrə uşuların yerinə yetirməsi hüququdur.

Qeyd edək ki, yeni istifadəyə verilən Füzuli hava limanına artıq beynəlxalq status verilib. Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib. Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı – Füzuli ilə bağlıdır.

Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur. Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.

1news.az

Paylaş:
384

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər