Rövnəq Abdullayev: SOCAR əməkdaşlarının maaşları artırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: SOCAR əməkdaşlarının maaşları artırılacaq

15:42 - 20 / 12 / 2021
Rövnəq Abdullayev: SOCAR əməkdaşlarının maaşları artırılacaq

Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

1news.az

Paylaş:
887

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər