Azərbaycanda olan pul kütləsinin həcmi açıqlanıb
Cari ilin 11 ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 12% artaraq 22,743.7 mln. manat təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bank sektorunun xarici öhdəlikləri 91.3 mln. manat azalaraq 1,021.8 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklarla həyata keçirilən repo əməliyyatlarının həcmindəki azalma ilə əlaqədardır.
1news.az
340