Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri – FOTO

S.Xankişiyeva11:00 - 21 / 12 / 2021
Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri – FOTO

Azərbaycanın premium şərab istehsalçısı olan “SAVALAN – ASPI Winery”nin “SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı prestijli beynəlxalq şərab müsabiqəsi olan “Japan Wine Challenge 2021”də “Trophy for Best Ancient World Wine” (Ən yaxşı Köhnə Dünya Şərabı) mükafatına layiq görüldü.

“SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı Azərbaycanın Qəbələ bölgəsinin Savalan vadisində yetişən Kaberne Frank, Alikante Buşe və Kaberne Sovinyon üzüm növlərinin qarışımından hazırlanmışdır. Bu şərab kompleks və özünəməxsus aromaya, yumşaq, lakin inamlı tanin teksturasına, dolğun və zəngin dada malikdir.

“Trophy for Best Ancient World Wine” mükafatı terruarın xaraketirini özündə tam əks etdirən, yüksək keyfiyyətli və bənzərsiz orqanoleptik xüsusiyyətləri özündə daşıyan Köhnə Dünyanın ən yaxşı şərablarına verilir.

“Biz bu mükafatı almaqdan qürur hissi duyuruq. Bu, təkcə şirkətimizin nailiyyətlərinin ifadəsi deyil, həm də bizim şərablarımızın dünyanın aparıcı istehsalçılarının şərabları ilə eyni səviyyədə ola biləcəyinə sübutdur” dedi “SAVALAN – ASPI Winery”nin direktoru Əjdər Şəfizadə.

Bu müsabiqədə “SAVALAN – ASPI Winery”nin şərabları bundan əlavə daha altı mükafata layiq görüldü və onlar aşağıdakılardır:

Qızıl medal

“SAVALAN NOBEL Exclusive Collection 2016”

Gümüş medal

“SAVALAN CANYON Reserve 2016”

“SAVALAN ELISA Winemaker Reserve 2018”

Bürünc medal

“SAVALAN Cabernet Sauvignon Ripassato Reserve 2016”

“SAVALAN Limited Release Reserve 2016”

“SAVALAN Marselan- Syrah 2018”

Müsabiqə haqqında

“Japan Wine Challenge” 1997-ci ildən keçirilir, Asiyanın ilk və ən nüfuzlu şərab yarışmalarından biri hesab olunur. Bu müsabiqədə aparıcı beynəlxalq ekspertlər iştirak edir və 2021-ci ildə 28 ölkədən 1100-dən çox şərab təqdim edilib.

Şirkət haqqında

“SAVALAN - ASPI Winery” 2007-ci ildə təsis edilmişdir. Müəssisə Savalan vadisində (Qəbələ rayonu) Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir və burada təbiət yüksək keyfiyyətli üzüm yetişdirmək üçün ideal şərait yaratmışdır. Bu ərazilərdə şərabçılığın tarixi ən azı 2300 il bundan əvvələ gedib çatır. Hazırda təsərrüfat dəniz səviyyəsindən təxminən 400 metr yüksəklikdə unikal təbii-iqlim şəraitində yerləşən 340 hektarlıq üzüm bağlarına sahibdir. Şərab zavodunda italyan oenoloqları Daniele d'Andrea və Elisa Vagnoni başda olmaqla aqronomlar və şərabçılardan ibarət peşəkar beynəlxalq komanda çalışır.

“SAVALAN - ASPI Winery” beynəlxalq üzüm sortlarından şərabların istehsalı üzrə ixtisaslaşmışdır. Şirkətin məhsulları nüfuzlu beynəlxalq yarışlarda çoxsaylı mükafatlar alıb. Bu yarışlara “International Wine Challenge”, “International Wine and Spirit Competition”, “Decanter”, “Mundus Vini” və başqaları daxildir.

Reklam hüququnda

Paylaş:
878

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər