Azərbaycan BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verib

S.Xankişiyeva12:31 - 29 / 12 / 2021
Azərbaycan BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə töhfə verib

Azərbaycan Respublikası əvvəlki illərdə olduğu kimi, 2021-ci il ərzində də beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Bildirilib ki, ölkəmiz terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və çirkli pulların yuyulmasına, eləcə də digər yeni təhdid və çağırışlara qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak etmişdir.

“BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsi (21-27 sentyabr 2021-ci il) çərçivəsində “Ümid sayəsində dayanıqlılıq yaratmaq – COVID-19-dan sonra bərpa olunmaq, dayanıqlı yenidənqurma, planetin ehtiyaclarını qarşılamaq, insanların hüquqlarına hörmət etmək və Birləşmiş Millətlər Təşkilatını canlandırmaq” mövzusunda ümumi müzakirələrdə Azərbaycan Respublikası adından Prezident İlham Əliyevin video-bəyanatı səsləndirilmişdir.

8-9 aprel tarixlərində BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırın ölkəmizə səfəri təşkil edilmişdir.

BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına tərəf dövlətlərin Konfransının 13-17 dekabr 2021-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilmiş 9-cu sessiyası çərçivəsində “Maliyyə toplanması üzrə fəaliyyətin korrupsiya və əlaqəli cinayətkarlıq məqsədləri üçün sui-istifadə edilməsi” (Misuse of fundraising activities for corruption and related criminal offences) mövzusunda paralel tədbir (side-event) keçirilmiş, xüsusilə Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və xeyriyyə fondları tərəfindən ianə toplanaraq qanunsuz əsasda Azərbaycan ərazilərinə göndərilməsi və burada terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinə beynəlxalq ictimaiyyətin diqqəti yönəldilmişdir.

2021-ci il ərzində beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Aparılmış uğurlu seçki kampaniyasının nəticəsi olaraq Paris şəhərində 17 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə ölkəmiz 143 səs toplayaraq UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üçün üzvü, 30 noyabr 2021-ci il tarixində keçirilmiş seçkilərdə UNESCO-nun Silahlı Münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2021-2025-ci illər üzrə üzvü seçilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Azad Tağızadə növbəti dəfə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2022-2025-ci illər üzrə üzvlüyünə seçilmişdir”, - qeyd olunub.

Paylaş:
352

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər