Hulusi Kılıç: Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Kılıç: Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq

S.Xankişiyeva15:16 - 01 / 01 / 2022
Hulusi Kılıç: Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qərarı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini böyük sevinclə qarşıladım.

Təsadüfi deyil ki, Ermənistanın əsasız iddiaları ilə başlanan keçmiş münaqişənin həlli məhz Şuşanın fəthi ilə başa çatıb. Bu tarixi Zəfər özündə bir sıra mənəvi məqamları cəmləşdirir. Prezident İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan bu qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib.

O deyib: “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı illərdə də sürətlə inkişaf edəcək, böyük uğurlara imza atacaq. Müzəffər Ali Baş Komandanın sülh və inkişaf çağırışı bütün bölgə xalqlarının firavan həyatı üçün əhəmiyyətlidir. Ümid edirik ki, bütün tərəflər 2022-ci ildə bu çağırışı layiqincə dəyərləndirərək qarşılıqlı əməkdaşlıq yolu tutacaqlar. Azərbaycan-Türkiyə qardaşlığı yalnız dövlətlərimizə və xalqlarımıza deyil, regiondakı bütün tərəflərə firavan həyat vəd edir”.

Paylaş:
525

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər