Azərbaycan neftinin qiyməti 84 dollardan baha satılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 84 dollardan baha satılır

11:16 - 06 / 01 / 2022
Azərbaycan neftinin qiyməti 84 dollardan baha satılır

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar ucuzlaşaraq 79,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,86 dollar azalaraq 76,99 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,73 dollar artaraq 84,22 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər