İstanbulda “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

İstanbulda “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçirilib - FOTO

S.Xankişiyeva18:12 - 08 / 01 / 2022
İstanbulda “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçirilib - FOTO

Yanvarın 8-də İstanbulda Türkiyə ilə Azərbaycan arasında beynəlxalq siyasi və mədəni əməkdaşlıq tədbirləri çərçivəsində konfrans keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İstanbul Kent Universitetində “Tarix boyu Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən tədbirdə “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü”, “Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq anlaşmaları və İkinci Qarabağ müharibəsi dövründə Pilotsuz Uçuş Vasitələri (İHA) və Silahlı Pilotsuz Uçuş Vasitələrinin (SİHA) rolu”, “Qarabağ müharibəsinin siyasi və iqtisadi nəticələri” kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın açılış nitqini edən İstanbul Kent Universitetinin rektoru professor Nəcməddin Atsü Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyəti, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə iki qardaş ölkənin, o cümlədən dünyada müxtəlif tədbirlərin keçirilməsinin türk mədəni tarixindəki rolu, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər və ümumiyyətlə, son dövrlər ərzində Azərbaycan ilə Türkiyə arasındakı əsrlər boyu davam edən əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Hikmət Babaoğlu Azərbaycanın tarixi Qarabağ Zəfərindən və bu şanlı hadisənin tariximizdəki xüsusi rolu haqqında danışıblar.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin hərbi əməliyyatlarına son qoyan razılaşma hədsiz əhəmiyyətli və mühüm məsələləri özündə əks etdirir. Bu sənəd bölgəmizdə sülhün, əmin-amanlığın, təhlükəsizliyin və gələcəkdə iqtisadi inkişafın təmin olunması üçün zəruri hüquqi çərçivəni müəyyən edən çox böyük tarixi əhəmiyyətə malikdir. Bu Bəyanatı Prezident İlham Əliyevin növbəti parlaq diplomatik qələbəsi kimi qiymətləndirən çıxışçılar Qarabağ müharibəsi zamanı Azərbaycan-Türkiyə münasibətlərini, iki qardaş ölkə arasındakı tarixi birliyin bu müharibə zamanı özünü daha da büruzə verdiyini xüsusi qeyd ediblər.

Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsini şanlı tariximizin olduqca əhəmiyyətli səhifəsi kimi qiymətləndirən çıxışçılar Azərbaycanın 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatındakı rolu və hazırkı sədrliyi, eləcə də ölkəmizin beynəlxalq miqyasda atdığı mühüm addımlardan danışıblar. Nizami Gəncəvinin 880 illik yubileyinin layiqli şəkildə bütün dünyada qeyd edildiyini, bu dahi şəxsiyyətin türk dünyasının mədəni inkişafı baxımından rolunun əhəmiyyətini vurğulayıblar.

Daha sonra Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot, İstanbul Kent Universitetinin professoru Hasret Çomak, 29 May Universitetinin müəllimi Elnur İsmayıl mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransdan sonra universitetin kitabxanasında yaradılan Azərbaycan guşəsinin açılışı və “Şuşa-Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğuna, Azərbaycan-Türkiyə əbədi qardaşlığına həsr edilmiş kitab Milli Məclisin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb.

Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın rəyi ilə hazırlanan kitabın redaktoru isə Türkiyə Böyük Millət Məclisinin deputatı Öznur Çalıkdır.

Kitaba Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən başlayaraq davam edən ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin mətni daxil edilib.

Oxucular bu çıxışlar və kitaba daxil edilmiş bəzi sənədlər vasitəsilə bu iki görkəmli liderin “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun, əməkdaşlığın, işbirliyinin ildən-ilə necə güclənməsinin və iki qardaş xalqın daha sürətlə inteqrasiyası yolunda yürütdükləri müdrik siyasətin, qətiyyətli və yorulmaz fəaliyyətin şahidi olacaqlar.

Paylaş:
558

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər