Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə edib

17:47 - 12 / 01 / 2022
Çavuşoğlu çinli həmkarı ilə uyğur türklərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Van İ ilə bir sıra məsələləri, o cümlədən uyğur türklərinin durumunu müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə nazirin “Twitter” hesabında bildirilib.

"Çinin xarici işlər naziri Van İ ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik. İqtisadi əməkdaşlıq imkanları qiymətləndirilib. Uyğur türkləri başda olmaqla gündəmimizdəki məsələlərlə bağlı fikirlərimizi, gözləntilərimizi və həssaslıqlarımızı çatdırdıq", - M. Çavuşoğlu qeyd edib.

1news.az

Paylaş:
372

Son xəbərlər

Bütün xəbərlər