Azərbaycan və Ukrayna Prezidentləri arasında təkbətək görüş başlayıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Ukrayna Prezidentləri arasında təkbətək görüş başlayıb - FOTO - YENİLƏNİB

13:55 - 14 / 01 / 2022
Azərbaycan və Ukrayna Prezidentləri arasında təkbətək görüş başlayıb - FOTO - YENİLƏNİB

Yanvarın 14-də Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.

Sonra dövlət başçılarının təkbətək görüşü başladı.

13:35

Prezident Volodimir Zelenskinin dəvəti ilə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək görüşü başlayıb.

Xəbər yenilənəcək..

Paylaş:
707

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər