Hindistanda qatar qəzası - 9 ölü, 45 yaralı | 1news.az | Xəbərlər
Dünya

Hindistanda qatar qəzası - 9 ölü, 45 yaralı

17:49 - 14 / 01 / 2022
Hindistanda qatar qəzası - 9 ölü, 45 yaralı

Hindistanda qatar qəzasında 9 nəfər ölüb.

1news.az APA-ya istinadən bildirir ki, NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Quvahati-Bikaner marşrutu üzrə hərəkətdə olan sərnişin qatarı Qərbi Benqal ştatının Maynaquri rayonunda relsdən çıxıb.

Ən azı 12 vaqonun relsdən çıxaraq çevrilməsi nəticəsində 9 nəfər ölüb, 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə yerində araşdırma aparılır.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər