Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib

S.Xankişiyeva11:08 - 14 / 01 / 2022
Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib

Baş nazir Əli Əsədov Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən 1news.az-a verilən məlumata görə, Baş nazir məktubunda bildirib:

“Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”.

Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu vurğulanıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Paylaş:
503

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər