Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 84,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar azalaraq 81,97 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,33 dollar azalaraq 88,12 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 13-də ötən il rekordunu yeniləyərək 88,45 dollar olub.
1news.az
407