Əfqanıstanda qadınlar küçələrə axışdı: “Taliban” onları gözyaşardıcı qazla qovdu | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda qadınlar küçələrə axışdı: “Taliban” onları gözyaşardıcı qazla qovdu

12:51 - 17 / 01 / 2022
Əfqanıstanda qadınlar küçələrə axışdı: “Taliban” onları gözyaşardıcı qazla qovdu

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın paytaxtı Kabildə təşkil olunan etiraz aksiyasında iştirak edən qadınlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Aamaj News" məlumat yayıb.

Agentliyin məlumatına görə, bir qrup qadın "Taliban"ın Əfqanıstan əhalisinə tətbiq etdiyi məhdudiyyətlərə etiraz etmək üçün Kabil küçələrinə çıxıb. Onlar qanuni hüquq və azadlıqlarına riayət olunmasını tələb ediblər.

Silahlılar kütləvi etirazı gözyaşardıcı qazdan istifadə etməklə dağıdıblar.

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər