Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - STATİSTİKA

Qafar Ağayev16:40 - 19 / 01 / 2022
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.

Həmçinin bax: Ötən gün koronavirus əleyhinə nə qədər vaksin vurulub? - FOTO

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər