Prezident Azərbaycandakı Dünya Bankı Qrupu Təşkilatlarına imtiyazlar verilməsini təsdiqləyib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycandakı Dünya Bankı Qrupu Təşkilatlarına imtiyazlar verilməsini təsdiqləyib

13:49 - 24 / 01 / 2022
Prezident Azərbaycandakı Dünya Bankı Qrupu Təşkilatlarına imtiyazlar verilməsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında Azərbaycan Respublikasında Ofislərin Qurulmasına və Fəaliyyətinə dair” Sazişin təsdiq edilməsi haqqında” qanunu təsdiqləyib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanuna əsasən, Azərbaycanda yerləşən Dünya Bankı Qrupu Təşkilatlarına bir sıra imtiyazlar və immunitetlər veriləcək. Sazişə əsasən, Dünya Bankı Qrupu Təşkilatları əmlakı və aktivləri harada yerləşməsindən asılı olmayaraq, icraedici və ya qanunverici tədbirlər nəticəsində aparılacaq axtarış, sərəncam, müsadirə (xüsusi müsadirəni istisna etməklə) ekspropriasiya və ya hər hansı həbs formasından azaddır.

Dünya Bankı Qrupu Təşkilatlarının arxivləri yerindən asılı olmayaraq toxunulmazdır.

Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri əmlakı və gəliri, eləcə də əməloyyatları və transaksiyaları bütün birbaşa vergilərdən, o cümlədən pensiya və sosial sığorta məqsədləri üçün xərclərdən və gömrük rüsumlarından azaddır. Dünya Bankı Qrupu Təşkilatları həmçinin hər hansı vergi və ya rüsumun toplanılması və ya ödənilməsi öhdəliyindən azaddır.

Dünya Bankı Qrupu Təşkilatları, onların aktivləri, əmlakı və gəlirləri, eləcə də onların əməliyyatları və transaksiyaları dolayı vergilərdən, Dünya Bankı Qrup Təşkilatları tərəfindən rəsmi istifadə, iş və ya fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulan mallar və xidmətlər əlavə dəyər vergisi və ya hər hansı digər dolayı vergilərdən azaddır.

Dünya Bankı Qrupu Təşkilatlarının heyəti Dünya Bankı Qrupu Təşkilatları tərəfindən onlara ödənilən əməkhaqqları və mükafatlandırmalara münasibətdə vergilərdən və digər icbari ödənişlərdən, Ofisdə xidmət edən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər immiqrasiya məhdudiyyətlərindən və əcnəbilərin qeydiyyatından azad olunurlar. Bu immunitetin təsir dairəsini azaltmadan, Dünya Bankı Qrupu Təşkilatlarının ofisində xidmət edən heyəti Azərbaycan xarici İşlər Nazirliyində qeydiyyatdan keçir. Ofisdə xidmət göstərən Dünya Bankı Qrupu Təşkilatlarının heyəti və onların qəyyumluğunda olan şəxslər beynəlxalq böhranlar zamanı diplomatik missiyalarda onlara bərabər statuslu rəsmilərə təmin olunan eyni repartriasiya güzəştlərindən istifadə edirlər.

Dünya Bankı Qrupu Təşkilatlarının heyət üzvləri Azərbaycanda ilk dəfə öz vəzifələrinin icrasına başladıqları zaman öz mebelini və əşyalarını rüsumsuz idxal etmək hüququna malikdirlər. Bu müddəalar Azərbaycan vətəndaşı olan heyətə və onların qəyyumluğunda olan şəxslərə şamil edilmir. Eyni zamanda Azərbaycan Respublikası ofisin rəhbərinə və qəyyumluğunda olan şəxslərə qeyd edilən immunitetlərdən əlavə olaraq onun ərazisində yerləşən digər beynəlxalq təşkilatların və diplomatik missiyaların rezident nümayəndələrinə və onların qəyyumluğunda olan şəxslərə verdiyi imtiyaz, immunitet, azadolunma və güzəştlərə bərabər olan imtiyazları təqdim edir.

Bu müddəa Azərbaycan vətəndaşı olan ofis rəhbərinə və onun qəyyumluğunda olan şəxslərə şamil edilmir.

Xatırladaq ki, Dünya Bankı Qrupu Təşkilatlarına Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik (MIGA) və İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz (ICSID) daxildir.

1news.az

Paylaş:
452

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər