Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 6000-i keçdi - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 6000-i keçdi - STATİSTİKA

Qafar Ağayev15:37 - 02 / 02 / 2022
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 6000-i keçdi - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib, aktiv xəstə sayı 30807 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, ötən müddət ərzində isə ümumilikdə 6 191 130 test aparılıb.

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər