Kiçik dostlarımıza ümid olaq: Sahibsiz heyvanlar üçün pilot layihəyə start verilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kiçik dostlarımıza ümid olaq: Sahibsiz heyvanlar üçün pilot layihəyə start verilib – FOTO – VİDEO

S.Xankişiyeva15:49 - 02 / 02 / 2022
Kiçik dostlarımıza ümid olaq: Sahibsiz heyvanlar üçün pilot layihəyə start verilib – FOTO – VİDEO

Bildiyiniz kimi, artıq Bakı şəhərində sahibsiz heyvanların yemlənməsi üçün “Sahibsiz heyvanların bəslənmə köşkü” adlı pilot layihəsinə start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova 1news.az-a bildirib ki, pilot layihə çərçivəsində 2 ədəd bəslənmə köşkü Türkiyədən sifariş verilərək Azərbaycana gətirilib:

“Pilot layihə Türkiyə təcrübəsinə söykənir. Bu layihə Türkiyədə uğurla davam edir. Ölkəmizdə də pilot layihə olduğu üçün hələki, bu köşklərin sayı 2 ədəddir. Köşklər hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında quraşdırlıb. Səyyar xarakter daşıdığı üçün bir yerdən başqa yerə daşına bilir. Layihənin gedişatından sonra şəhərin digər yerlərinə daşınması planlaşdırılır”.

Xidmət rəsmisi bildirib ki, bu köşklərdən əlavə, sahibsiz heyvanların soyuq hava şəraitində sığınmaları üçün sığınacaq evciklər hazırlanıb, onlar da şəhərin müxtəlif yerlərinə quraşdırılacaq.

“Köşklərə gəldikdə, onlar günəş panelləri ilə təchiz olunub, enerjiyə qənaət mexanizmi əsasında çalışacaq. İki ədəd köşkün hər birinin 40 qram yem vermə xüsusiyyətinə malik olsa da, onların hər birinin iş prinsipi bir-birindən fərqlənir. Belə ki, köşklərindən biri 0,40 qəpik ödəniş etməklə 40 qram yem verir. Digəri isə, plastik tullantı atmaqla eyni ölçüdə yem vermək xüsusiyyətinə malikdir”, - A.Səmədova qeyd edib.

Xidmət rəsmisi sözlərinə əlavə edib ki, pilot layihənin həyata keçirilməsində məqsəd qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaqdır:

“Həmçinin layihənin digər məqsədi plastik tullantıların təkrar emalına dəstək göstərməkdir. Bu cür bəslənmə köşkləri həm itlər, həm də pişiklərin qidalanması üçün nəzərdə tutulub”.

Paylaş:
1148

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər