Azərbaycanda yollarda velosiped istifadəsinə əngəllər: Ekspertlər nə məsləhət görür? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yollarda velosiped istifadəsinə əngəllər: Ekspertlər nə məsləhət görür?

S.Xankişiyeva11:29 - 03 / 02 / 2022
Azərbaycanda yollarda velosiped istifadəsinə əngəllər: Ekspertlər nə məsləhət görür?

Ötən ilin sonundan Azərbaycanda velosiped və moped sürücüləri üçün ümumi yollarda qaydaların sərtləşdirilməsi, onları dövlət nömrə nişanı almağa məcbur etmək imkanları müzakirə olunur.

Qeyd olunub ki, müvafiq müraciət baxılması üçün Dövlət Yol Polisi tərəfindən Milli Məclisə göndərilib.

Polis öz təklifini onunla əsaslandırır ki, son vaxtlar velosiped və mopedlərin iştirakı ilə baş verən qəzaların sayı kəskin artıb, sürücülər öz “azadlığından” istifadə edərək kütləvi şəkildə qaydaları pozaraq özlərinin və başqalarının həyatını təhlükəyə atır. Eləcə də, nömrənin olmaması onları müəyyən etməyi və axtarmağı çətinləşdirir.

Şübhəsiz ki, yol hərəkətində iştirak edən bütün nəqliyyat növlərinin müəyyən tənzimlənməsi hər kəsin təhlükəsizliyi üçün zəruridir. Məsələ burasındadır ki, yeni normalar və dövlət nömrə nişanı almaq öhdəliyi bu gün velosiped və ya mopeddən nəqliyyat vasitəsi kimi istifadə edənləri ruhdan salacaqmı?

Aydındır ki, paytaxtda tıxacların azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması kontekstində belə bir nəticənin yaranması son dərəcə arzuolunmaz olardı.

Bəs Milli Məclisdə vəziyyəti necə görürlər?

Bu günə kimi Milli Məclisin plenar iclaslarında bu məsələ qaldırılmayıb. Bununla belə, Milli Məclisin deputatı Nigar Arpadarai mövzuya böyük əhəmiyyər verir və hesab edir ki, Bakının şəhər nəqliyyat mühiti məhz velosipeddən istifadə etmək istiqamətində inkişaf etməlidir.

“Velosipedçilər üçün sərt cəzalar deyil, şərait yaratmalıyıq. Aydındır ki, hələlik belə şərait yoxdur”, - deyə mövzu ilə məşğul olan Nigar Arpadarai Bakının nəqliyyat sıxlığı, tıxaclar, dayanacaqların olmaması və havanın çirklənməsindən ən çox əziyyət çəkən mərkəzi - Səbail rayonundan seçildiyini bildirib.

“Əgər siz bu gün velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edirsinizsə, məlumdur ki, Bakı küçələrində velosiped sürmək hələ də kifayət qədər təhlükəlidir. Bununla yanaşı, bir çox hallarda qaydalar pozulacaq”, - deyə deputat bildirib.

Velosipedçilər şəhərin nəqliyyat yükünü yüngülləşdirir və ətraf mühitin mühafizəsi baxımından düzgün seçim edirlər, - deyən Nigar Arpadarai bu nəqliyyat növünü sıxışdırmağa deyil, stimullaşdırmağa çağırır.

“Velosipedçilər hər baxımdan şəhərimiz üçün sərfəli və faydalıdırlar. Ona görə də cəzalar yaradılırsa, şərait də yaradılmalıdır. İnsanları velosiped sürməyə təşviq etməliyik, əksinə deyil. Onları stimullaşdırmağa başlayanda, o zaman bəzi cərimələrdən də danışmaq olar”, - deyə deputat qeyd edib.

Nigar Arpadarainin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) bütün Bakı şəhəri üzrə velosiped yollarının təchiz edilməsi planı var.

“Plan ağlabatan görünür. Amma bunun tez bir zamanda həyata keçirilməsi və velosipedin alternativ nəqliyyat növünə çevrilməsi üçün şərait yaradılması da vacibdir”.

Bu gün velosipedçilər üçün hansı qaydalar mövcuddur?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib ki, Azərbaycanda velosiped sürücülərindən hansısa xüsusi sənəd tələbi yoxdur.

“Yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi var, Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə. Həmin maddənin 338.4-cü bəndinə görə, Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat cərimə nəzərdə tutulur.

Velosiped və mopedlərin iştirakı ilə, ümumiyyətlə qəza olanda hadisə yerinə yol polisi gəlir. Amma ola bilir ki, hansısa qaydanı pozurlar, orada yol polisi yoxdursa, bəzən velosiped və moped sürücüsünü müəyyən etmək olmur. Çünki onların qeydiyyat nişanı yoxdur, bu da həmin sürücülərin tapılmasında çətinlik yaradır”.

Ekspertlər nə məsləhət görür?

Hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib ki, Azərbaycanda hələlik velosiped populyar nəqliyyat vasitəsinə çevrilməyib.

“Ancaq epizotik velosipeddən istifadə halları var. Bu da üçtərəfli problemlər yaradır. Üç tərəf nədir, birinci problem odur ki, heç bir infrastrukrur yoxdur, nə xüsusi velosiped yolu var, nə də velosiped zolağı, ümumiyyətlə demək olar ki, velosipedlər üçün heç nə yoxdur, bu birinci və ən böyük problemdir. İkinci problem odur ki, velosipeddən istifadə edənlərin bəziləri hələ də yol hərəkəti haqqında qanunu mükəmməl öyrənmirlər. Ona görə də yol hərəkəti iştirakçısı kimi tam intizamlı hərəkət etmirlər, ciddi qayda pozuntuları törədənlər var. 3-cü çox ciddi problem ondan ibarətdir ki, velosiped sürücüləri ilə yanaşı avtomobil sürücülərinin də hərəkət etmək hazırlığı, təcrübəsi yoxdur. Yəni bugünkü avtomobil sürücüləri velosipedlə yanaşı hərəkət etməyin qaydalarını, özəlliklərini, təhlükəsizliyini bilmirlər.

Ə.Hüseynov deyib ki, hər istimqamətdə işləmək lazımdır.

“Qanunvericiliyi təkmilləşdirmək lazımdır. Bu məsələnin hələ də tənzimlənməməsinin səbəbi indiyədək velosiped nəqliyyat növü olmamasıdır. Ona görə məsələnin həlli ilə heç kim məşğul olmayıb. Qeyd etdiyim 3 istiqamətdə işlər görülməlidir. İnfrastruktur yaradılmalı, aşağı sürətli küçələrdə velosiped zolaqları yaradılmalı, velosipedçilər öyrədilməli, təbliğat aparılmalıdır. Onlara başa salmaq lazımdır ki, velosipeddə nəqliyyat vasitəsi sayılır, düzdür, mexaniki nəqliyyat vasitəsi deyil, insanın fiziki enerjisi ilə işləyən nəqliyyat vasitəsidir. Amma, o da nəqliyyat vasitəsidir, qaydalar, nişanlar ona da aiddir. Eyni zamanda velosipedlə yanaş hərəkət avtomobil sürücülərinə də öyrədilməlidir, velosipedin təhlükəsizliyini necə qorumaq lazım olduğunu bilməlidirlər.Bu istiqamətdə işlər görülməlidir”.

“Azərbaycanda elektrikli velosipedlər, skuterlər son bir neçə ildir geniş yayılmağa başlanılıb” – deyə, Ə.Hüseynov əlavə edib:

“Bizim qanunvericilikdə onların statusu ilə bağlı qeyri-müəyyənlik var, bu nədir, velosipeddir, yoxsa mopeddir? Bunu idarə edən adam necə olmalıdır? Birincisi praktiki məsələlərin həllini tapmalıyıq. Əgər görsək ki, bu populyarlaşdı, statusu aydındır, bunların xüsusi təlim keçməsinə, xüsusi icazə ilə yollarına buraxılmasına icazə var, qanunvericilikdə müvafiq dəyişiklik etməklə onu etmək olar. Dünyada belə təcrübələr var. Bunun üçün sosial sifariş lazımdır, zərurət varsa həll etmək lazımdır”.

Digər ölkələrdə velosiped sürənlər necə tənzimlənir?

Azərbaycan velosiped, moped və digər qeyri-adi nəqliyyat vasitələrinin sürücülərinin statusu, hüquq və vəzifələri ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışaraq yenidən “velosiped kəşf etmir”. Bu nəqliyyat növlərinin çoxdan populyar olduğu ölkələrdə öz qaydaları tətbiq olunur.

“VeloDrive” tematik saytının qeyd etdiyi kimi, məsələn, İsraildə velosiped sürmək üçün sürücülük vəsiqəsi olmalıdır. İllinoys ştatının Qalesburq şəhərində (ABŞ) isə velosipedçilərə sükanı iki əllə tutmadan, bir təkərdə və hər hansı digər qəribə üsullarla sürmək qadağandır. Avstraliyada təhlükəsizlik dəbilqəsi olmadan velosiped sürmək qadağandır, Mayamidə isə səs siqnalı olmadan velosiped sürmək olmaz.

Estoniyada 10-15 yaşlı uşaqlar yollarda velosiped sürmək üçün təkcə velosiped sürməyi öyrənməməli, onlar həm də imtahan verməli və sürücülük vəsiqəsi almalıdırlar. Sürücülük lisenziyası almaq üçün 20 saatlıq təlim keçmək lazımdır, bu 20 saatdan 7 saatı təcrübə təşkil etməlidir.

Almaniyada yol hərəkəti qaydalarını pozduğuna görə velosipedçi 350 avroya qədər cərimələnə bilər və xüsusi hallarda hətta sürücülük vəsiqəsindən məhrum edilə də bilər.

Hazırlardı: Qafar Ağayev, Yelena Ostapenko

Paylaş:
1366

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər