Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən təsdiqlənib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə Türkiyə vaxtı ilə saat 23:25 dəqiqədə başa çatıb.
358