ADA Universitetində Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransının açılışı olub - FOTO
ADA Universitetində Milli Qoşulmama Hərəkatı (QH) Modelinin Simulyasiya Konfransı keçirilir.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun direktoru Fərid Cəfərov, həmçinin ADA Universitetinin rektoru Fariz İsmayılzadə çıxış ediblər.
Fərid Cəfərovun sözlərinə görə, müxtəlif beynəlxalq təşkilatların model simulyasiyalarının daimi ofisinin açılması planlaşdırılır. Azərbaycan Respublikasının Gənclər Fondu bir sıra layihələr həyata keçirir, BMT və digər beynəlxalq strukturların model simulyasiyalarını təşkil edir.
Universitetin rektoru Fariz İsmayılzadə bu cür simulyasiyaların gənclərə komanda şəklində işləməyə və gələcək hədəflərə çatmaq üçün lazımi bütün bacarıqlara yiyələnməyə imkan verdiyini qeyd edib.
BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı ötən il 60 illiyini qeyd edib. Fəaliyyəti sülhün möhkəmlənməsi və qlobal birlik prinsiplərinə əsaslanan təşkilata hazırda Azərbaycan sədrlik edir.