Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var

S.Xankişiyeva17:45 - 22 / 02 / 2022
Prezident: Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.

Paylaş:
1038

Son xəbərlər

Bütün xəbərlər