Ukraynadan 9500-ə yaxın Azərbaycan vətəndaşı təxliyə olunub
"Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək təxminən 9500-ə yaxın Azərbaycan vətəndaşları Ukraynadan qonşu ölkələrlə təxliyə olunub".
1news.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
“Təxliyə istiqamətlərinə gəldikdə isə, 9500 vətəndaşımız birinci yerdə Ukrayna-Moldova sərhədi, ikinci yerdə Polşa, daha sonra Rumıniya və ən az sayda vətəndaşlarımız Slovakiya və Macarıstan sərhədi vasitəsilə təxliyə olunub”.
1153