Azərbaycan və Ermənistan XİN başçıları Antalyada görüşə bilər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN başçıları Antalyada görüşə bilər

S.Xankişiyeva18:07 - 12 / 03 / 2022
Azərbaycan və Ermənistan XİN başçıları Antalyada görüşə bilər

“Belə bir təkliflər var idi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşü keçirilsin. Azərbaycan hər zaman görüşlərə hazırdır. Lakin bu görüşlər sadəcə görüş naminə deyil, real hədəflər uğrunda olmalıdır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Bu gün Azərbaycan və Ermənistan arasında gündəlikdə kifayət qədər müzakirə olunası məsələlər var. Azərbaycanın da regional sülhü gücləndirmək, təhlükəsizliyi təmin etmək üçün bir sıra təklifləri var. Bu təkliflərdən biri də Azərbaycanla Ermənistanın sülh müqaviləsi ətrafında danışıqlara başlamasından ibarətdir. Amma Ermənistan tərəfi buna hələlik cavab verməyib.

Eyni zamanda kommunikasiya xətlərinin açılması da gündəlikdədir. Ermənistanın burada hansı qərarı verməsindən asılı olmayaraq biz artıq Zəngəzur dəhlizinin başqa platformada açılması prosesindəyik. Burada xüsusilə dünən Azərbaycanla İran arasında əldə olunan razılaşmanı qeyd etmək istərdim. Artıq Zəngilandakı Ağbənd kəndindən Araz çayı üzərindən iki körpü çəkməklə burada İran ərazisini tranzit yol kimi istifadə edərək Naxçıvana daxil olmaq, orada isə Türkiyə, Azərbaycan və İranı birləşdirəcək həm dəmir yolu, həm avtomobil yolu daxil olmaqla yeni bir dəhlizin əsasını qoymuş oluruq.

Eyni zamanda elektrik xətlərinin də çəkilməsi nəzərdə tutulur, hətta rəqəmsal fiber-optik xətlərinin çəkilməsi gələcəkdə nəzərdən keçirilə bilər. Ona görə də biz regionda və regiondan kənarda işlərimizi görməyə davam edirik və əgər Ermənistan regiondakı proseslərdən kənarda qalmaq istəmirsə, bu kimi məsələlərə münasibət bildirməlidir. Bugünkü Antalya Diplomatiya Forumunda Azərbaycan Ermənistanla görüşə hazırdır. Ermənistan tərəfindən xoşniyyət göstərildiyi təqdirdə bu görüş baş tuta bilər”.

Paylaş:
540

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər