Lavrov və Çavuşoğlu Moskvada Rusiya-Ukrayna məsələsini müzakirə edirlər
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.
Protokol hissədə çıxış edən Lavrov türkiyəli həmkarı ilə Antalya Diplomatiya Forumunda görüşünü xatırlayıb: “Çox qısa müddət bundan öncə, 10 mart tarixində Antalya Diplomatiya Forumu çərçivəsində bir görüş keçirmişdik. İndi yenə təkrar görüşürük. Bu qədər qısa bir müddətdən sonra yenidən görüşməyimiz bizim ikitərəfli dialoqumuzun və koordinasiyamızın nə dərəcədə önəmli olduğunu bir daha göstərir. Xüsusi ilə də hazırkı şərtlər çərçivəsində, beynəlxalq gündəm bu qədər tez dəyişərkən işbirliyimiz çox vacibdir”.
1news.az