“Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib – FOTO

S.Xankişiyeva15:59 - 17 / 03 / 2022
“Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib – FOTO

Martın 16-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Şuşa şəhərinin yaradılmasının 270 illiyinə həsr olunan “Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin nümayəndələrinin, “Art Accent” Akademiyasının müəllim və şagird heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini bildirib, ölkəmizdə dövlət tərəfindən milli-mədəni və tarixi irsimizin qorunmasına, təbliğinə xüsusi diqqət göstərildiyini qeyd ediblər.

Vurğulanıb ki, ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindəndir. Azərbaycan əsgəri yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə mədəniyyət beşiyimizi işğaldan azad etməklə düşmənlə yanaşı, bütün dünyaya da ordumuzun gücünü, qüdrətini göstərdi.

Sonra Şuşaya həsr olunan sənədli film və “Art Accent” Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Paylaş:
514

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər