Xarkovda yaralanan azərbaycanlı sürücü Moldovaya təxliyə edilib
“Bildiyiniz kimi, Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası almışdır. Bir neçə müddətdir həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərabycanın Xarkovdakı Fəxri Konsulluğundan bildirilib.
“Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu həmvətənimizin müalicə prosesini diqqət mərkəzində saxlamışdır. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanmış və burada davam etdirilmişdir.
Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulluğunun Xarkov vilayət administrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə edilib.
Qeyd edək ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olmuşdur.
Qeyd etmək istərdik ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır”, - qeyd olunub.
Mövzu ilə əlaqədar oxuyun:
Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ
Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB
Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO
Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir