Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ | 1news.az | Xəbərlər
Müsahibə

Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ

S.Xankişiyeva11:50 - 16 / 03 / 2022
Ukraynada təhsili yarımçıq qalmış azərbaycanlı tələbələri nə gözləyir? – EKSPERT RƏYİ

Ukraynada baş verən hərbi əməliyyatlarla əlaqədar bu ölkədə yaşayan bir çox soydaşımız Vətənə təxliyə edilib.

Onların arasında Ukrayna universitetlərində təhsil almış və hazırki vəziyyətlə əlaqədar olaraq təhsillərini yarımçıq qoymağa məcbur olan xeyli sayda tələbələr də var.

İndi onların qarşısında sual yaranıb – tələbələrin gələcək taleyi necə olacaq? Axı hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun müddət ali məktəblərdə ənənəvi təhsilin bərpası sual altında qalacaq.

Məsələyə aydınlıq gətirmək üçün 1news.az Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Lakin nazirlikdən cavab olaraq bildirilib ki, Ukraynadan gələn azərbaycanlılarla bağlı bütün məsələlər Xarici İşlər Nazirliyi tərəfindən tənzimlənir.

XİN öz növbəsində 1news.az-ın sorğusuna cavab olaraq vurğulayıb ki, onların strukturu təxliyə ilə məşğuldur və təhsillə bağlı məsələləri müvafiq olaraq Təhsil Nazirliyi tənzimləməlidir.

Göründüyü kimi, hazırda Ukraynadan Vətənə qayıdan azərbaycanlı tələbələrin sonrakı yerləşdirilməsi ilə bağlı konkret tədbirlər planı yoxdur. Bu məsələnin hazırda çox aktual olduğunu təsdiqləyən Təhsil üzrə ekspert Ülviyyə Mikayılovanın fikirlərini öyrənmək qərarına gəldik.

“Axtarış sistemlərində Ukrayna və Azərbaycan arasında diplomların tanınması ilə bağlı açar sözləri daxil edəndə, bu günlərdə ən çox verilən axtarış kimi avtomatik olaraq ortaya çıxdı. Yəni, bu, həqiqətən də indi insanları çox narahat edən məsələlərdən biridir”, - deyə ekspert 1news.az-a müsahibəsində bildirib.

Ü.Mikayılovanın sözlərinə görə, Azərbaycanla MDB ölkələri arasında təhsil, elmi dərəcələr və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması haqqında razılaşmalar var:

“Bu razılaşmalarda natamam təhsil halları da nəzərdə tutulub ki, tələbələr təhsilini öz vətənlərində davam etdirə bilərlər. Ukrayna MDB-nin üzvü olmadığı üçün 2000-ci ildə Azərbaycan onunla fərdi qaydada oxşar hökumətlərarası saziş bağlayıb.

Üstəlik, bu razılaşmaya daxil olan insan qrupları kifayət qədər çoxdur. Təkcə 2017-ci ilin məlumatına görə, Ukraynada Azərbaycandan 10 min tələbə təhsil alıb. Azərbaycan əsilli Ukrayna vətəndaşlarını da nəzərə alsaq, onların sayı ikiqat artır. Lakin bu müqavilənin tətbiqi zamanı tez-tez problemlər yaranırdı ki, bu da fors-major hallarla daha da dərinləşdi”.

Ekspert qeyd edir ki, Azərbaycan Nazirlər Kabineti bir sıra ölkələrdə təhsil, elmi dərəcə və elmi adlara dair sənədlərin tanınması (nostrifikasiyası) ilə bağlı qaydaları təsdiq edib. Bu qaydalara əsasən, həmin sənədlərin tanınması səlahiyyəti Təhsil Nazirliyinə, xüsusən onun tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə verilib.

“Prosedura uyğun olaraq, agentlik abituriyentin sənədlərini əsasən üç əsas meyara görə yoxlayır: təhsil müddəti, tədris dilini bilməsi və təhsil növü (əyani və ya qiyabi). Azərbaycanda başqa ölkələrdə qiyabi təhsilin tanınmadığını söyləmək olar. Bütün digər hallarda isə, qaydalara uyğun olaraq, sənədləri yoxlayan və qərar qəbul edən ekspert komissiyası yaradılmalıdır.

Diplomların tanınması (nostrifikasiyası) prosesi ən ağrılı məsələlərdən biri olmaqda davam edir. Bu, həmişə kifayət qədər çətin olub, baxmayaraq ki, əslində biz ölkəmizdə akkreditə olunmuş və ya müqavilə bağladığımız dövlətin lisenziyası olan universitetlərə etibar etməliyik. Kritik situasiyalarda isə bu qaydaların işləməsinə imkan verməyən problemlər yarandığından bu proses daha da mürəkkəbləşir”, - Ü.Mikayılova qeyd edir.

O qeyd edir ki, müharibə insanın iradəsindən kənarda olan fors-major vəziyyətdir: “Təəssüf ki, Azərbaycanda fors-major hallar təhsillə bağlı qanunvericiliyə rəsmi olaraq daxil edilməyib, yalnız Mülki Məcəlləyə daxil edilib. Bununla belə, biz humanizm prinsipini - Təhsil haqqında milli qanunumuzun və ümumiyyətlə, dünya təhsil siyasətinin əsasını rəhbər tutmalıyıq. Humanizm prinsipi ilk növbədə insanlara qayğı deməkdir.

Bununla əlaqədar, U.Mikaylovanın sözlərinə görə, Təhsil Nazirliyi Ukraynada baş verən fövqəladə hallarla əlaqədar vəziyyəti təhlil edib qərar qəbul edəcək ekspert komissiyası yaratmalıdır:

“Aydındır ki, müharibə şəraitində bir çox abituriyent və hətta onların təhsil aldıqları universitetlər də bütün lazımi sənədləri təqdim edə bilməyəcək. Ona görə də komissiya humanizm prinsipini rəhbər tutaraq tələbələrin vəziyyətini anlayıb, onları Azərbaycanın ali məktəblərinə qəbul etməlidir.

Şəxsən mən bunu edərdim. Onların keçdiyi fənləri, kreditlərin sayını təhlil edib universitetlərimizin müvafiq kurslarına köçürərdim. Bunun üçün Azərbaycanın da qoşulduğu Boloniya sistemi bütün Avropa təhsil sistemi üzrə həm müəllim heyətinin, həm də tələbələrin mobilliyini təmin etmək və asanlaşdırmaq üçün yaradılıb”.

Ekspert hesab edir ki, istənilən vəziyyətdə əks tərəfdən çıxış etmək lazımdır: “Bəs azərbaycanlı tələbələrin ölkəmizdə təhsillərini davam etdirməsinə imkan verməsək, onlara deyək ki, yenidən başlayın? Onlar artıq dəhşətli faciə yaşayıblar. Bu insanlar onsuz da psixoloji və emosional depressiyaya uğramış vəziyyətdədirlər. Onlar hər şeyi itiriblər. Bu tələbələrin valideynləri övladlarının təhsilinə böyük sərmayə yatırıblar, lakin onlar təhsinili başa vura bilmədilər. Təbii ki, dövlət onları yarı yolda qoymamalıdır”.

Bütün yuxarıda deyilənləri ümumiləşdirən ekspert başqa sahədən misal çəkdi ki, bu da fövqəladə hallarda dövlətin necə hərəkət etməli olduğunun göstəricisidir:

“Bildiyiniz kimi, Azərbaycan vətəndaşlarını xüsusi təşkil olunmuş çarter reysləri ilə Ukraynadan təxliyə etdi. Təsəvvür edirsiniz ki, hökumətimiz müharibə zamanı xalqını çətin vəziyyətdə qoyaraq, misal üçün, bütün uçuşlar ləğv edilir, desin?!

Azərbaycan bir çox başqa ölkələr kimi, humanist davrandı, vətəndaşlarını VİZA, COVİD pasportu və s. ehtiyacdan azad etdi. Hesab edirəm ki, Təhsil Nazirliyi bu dövlət siyasətinə əməl etməli və tələbələrimizin Ukraynadan Azərbaycan universitetlərinə köçürülməsi üçün təcili tədbirlər görməlidir”, - deyə Ü.Mikayılova yekunlaşdırıb.

Mövzu ilə əlaqədar oxuyun:

Dünya fəlakətin astanasında: Bakı və Ankara üçüncü dünya müharibəsinin qarşısını almaq üçün səylərini əsirgəmir

Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - VİDEO - YENİLƏNİB

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Regionda yeni reallığın yaradıcılarından: Avropa anlayır və qəbul edir

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Paylaş:
919

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər