Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

S.Xankişiyeva14:31 - 03 / 03 / 2022
Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Tanınmış politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov Ukraynanın xüsusi prosedur əsasında Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı müraciətinə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə o, Facebook səhifəsində yazıb:

“Avropa Parlamenti Ukraynanın hələlik namizəd-ölkə kimi Avropa İttifaqına üzv olmaq ərizəsini səs çoxluğu ilə dəstəklədi. Bu vacibdir, lakin kifayət deyil.

Əgər avropalılar həqiqətən də bu ölkənin müstəqilliyini dəstəkləmək istəyirlərsə və Kremlin “rus dünyası” birliyinin bərpa etmək şüarı altında Ukraynanı məhv etmək planlarına qarşı çıxırlarsa, o zaman namizədlik dövrü ilə bağlı köhnə sxemlərdən əl çəkib, Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı öz qərarlarını verməlidirlər.

Bu, təkcə Ukraynanın qəhrəman vətəndaşlarının müqavimətini üçqat artırmayacaq, eləcə də qondarma “DXR” və “LPR” əhalisini Ukrayna pasportlarını Rusiya pasportlarına dəyişdirib-dəyişdirməmək barədə ciddi düşünməyə sövq edəcək.

Hətta Rusiya Federasiyasına birləşdirilən Krımda belə yüz minlərlə sakində, xüsusən də gənclərdə təcrid olunmuş və sanksiyaya məruz qalmış Rusiyaya deyil, Ukrayna ilə birlikdə sivil Avropanın bir hissəsi olmaq arzusunun oyanacağına heç də təəccüb etmərəm.

Avropa perspektivi – istər maliyyə, istərsə də hərbi yardım baxımından cəlbedici və güclüdür. Ona görə də, Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin!”

Qeyd edək ki, Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına namizədliyi ilə bağlı müraciətinə müsbət cavab verib. Ölkənin Aİ-yə üzvlüyü ilə bağlı xüsusi prosedur başlayıb.

Prosedur Ukrayna Prezidenti Volodomir Zelenskinin Avropa Parlamentində Kiyevdən videokonfrans formatında çıxışından sonra başlayıb.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Azərbaycan və Ukrayna Prezidentləri telefonla danışıb - FOTO

Zelenski: Bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb

Çavuşoğlu: Ukraynadan azərbaycanlıların da daxil olduğu 2604 qardaşımız yola düşüb - FOTO

Ukraynada müharibənin yeddinci günü - FOTOREPORTAJ

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1925

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər