Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO

S.Xankişiyeva12:10 - 12 / 03 / 2022
Müharibə zamanı humanizm: Azərbaycanlı Kiyevdəki evsiz heyvanları xilas edir – FOTO

Azərbaycandan olan Rüfət Raimov 2004-cü ildən Kiyevdə yaşayır.

O, xeyriyyə məqsədilə bonuslar, endirimlər və cashback mübadiləsi üçün ilk avtomatlaşdırılmış onlayn platforma olan - Yapomoga xeyriyyə layihəsinin müəllifidir.

Müəllifin qeyd etdiyi kimi, layihənin mahiyyəti planeti plastik tullantılardan təmizləməkdir. Eyni zamanda, hər bir plastik tullantı qocalara, uşaqlara və heyvanlara kömək üçün sərf olunan pula çevrilir.

Ukraynada müharibə başlayandan sonra da Rüfət Raimov Kiyevdə qalıb xeyriyyəçiliklə məşğul olmaq, qocalara və sahibsiz heyvanlara kömək etmək qərarına gəlir.

“Müharibə başlayan gün səhər saat 8-ə dizimdən əməliyyat olunacaqdım. Həmin əməliyyat təxirə salındı. Başa düşdüm ki, yaxınlarımı və qohumlarımı xilas etmək lazımdır. Müxtəlif şəhərlərdən uşaqları, qadınları topladıq. Darmadağın edilmiş İrpen şəhərində vəziyyət xüsusilə ağır idi. Onları Rumıniya ilə sərhədə apardıq, indi sağ-salamatdırlar”, - Rüfət 1news.az-a bildirib.

Özüm isə, insanlara və heyvanlara mümkün qədər kömək etmək üçün Kiyevdə qalmağa qərar verdim. Bacardığım qədər kömək edirəm. Biz humanitar yardım çatdırırıq və heyvanları xilas edirik. Bunlar - sığınacaqlarda, küçədə, eləcə də, sahibləri tərəfindən tərk edilmiş və ya sadəcə atılmış heyvanlardır.

Ümumiyyətlə, 5 ildən artıqdır ki, sahibsiz heyvanlara və sığınacaqlara kömək edirik. Maşında həmişə heyvanlar üçün yem olur. Bütün ətrafım və işçilərim bunu edir.

Hazırda ölkədə vəziyyət çox gərgindir. Sığınacaqların əksəriyyəti Kiyevdən kənarda yerləşir və orada şiddətli döyüşlər gedir. Artıq 10 gündür ki, iki sığınacaq yeməksiz və susuz qalıb. Orada rus qoşunları mövqe tutur.

Oraya heç kəs buraxılmır. Oraya getmək istəyən könüllülər var idi, ancaq rus qoşunları tərəfindən güllələndilər. Rus hərbçilər dinc əhaliyə də atəş açır. Pulumuz, yeməyimiz və ehtiyacımız olan hər şey var, amma hamısını ora çatdıra bilmirik.

Kiyevdə bir neçə sığınacaq var. İlk gündən onlara yemək çatdırırıq. Biz humanitar yardım üçün yerli və beynəlxalq şirkətlərlə də əlaqə saxlayırıq. Çoxları bizə pulsuz yemək verir. Bu gün 18 ton saxlama müddəti ötmüş əti boşaldırıq, amma yenə də ondan heyvanlar üçün sıyıq bişirmək olar. Bir çox şirkətlər bizə güzəşt edirlər.

Qeyd etmək istəyirəm ki, müharibə və çətin vəziyyətə baxmayaraq, insanlar çox həssasdırlar və bacardıqları qədər kömək edirlər. Hətta atəşə məruz qalmaqdan qorxmurlar. Könüllülərimiz nə olursa-olsun bütün Kiyevə ərzaq çatdırır. Onlar gündə yüzlərlə kilometr yol qət edirlər.

Heyvanlarla yanaşı, belə çətin şəraitdə özləri harasa gedə bilməyən qocalara da yardım edirik. Onlara ərzaq yardımı alıb, evlərinə çatdırırıq. Burada bütün ölkə və xalq birləşdi. Hamı bir-birinə kömək edir.

Bir çox azərbaycanlı Ukraynanı tərk etsə də, amma burada qalmaq qərarına gələnlər də az deyil. Həyatlarını riskə ataraq ən qaynar nöqtələrə gedərək ümidsiz vəziyyətdə qalan insanları xilas edənlər də az deyil. Bir maşın gündə 20-30 ailəni daşıyır.

Onların bir çoxu Ukrayna universitetlərinin tələbələridir, onlarla əlaqə saxlayıram və onları qəhrəmanlıqlarına görə alqışlamaq lazımdır. Onlar insan həyatını xilas edirlər! İmkanları çatanda ölkəni tərk etmədilər, lakin çətin vəziyyətdə olan Ukraynaya kömək etmək qərarına gəldilər”, - Rüfət Raimov bildirib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib – FOTO

Kiçik dostlarımıza ümid olaq: Sahibsiz heyvanlar üçün pilot layihəyə start verilib – FOTO - VİDEO

Adopt don’t shop: ABŞ-dan olan azərbaycanlı hüquqşünas Good World sığınacağının heyvanlarına öz evlərini tapmaqda köməklik edir – FOTO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Paylaş:
1016

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər