İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

S.Xankişiyeva14:20 - 19 / 03 / 2022
İlham Əliyev Tunisin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər