Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir

15:50 - 26 / 03 / 2022
Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir

Azərbaycan, Norveç və ya Əlcəzair kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələrin bağlanması mavi yanacağın dünya qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Avstriyanın enerji tənzimləyicisi E-Control şirkətinin rəhbəri Volfqanq Urbançiç deyib.

"Rusiya bir gün xətləri kəsərsə, Avstriya nə qədər dayana bilər? - V.Urbancic deyib.

E-Control rəhbərinin izah etdiyi kimi, hazırda əsas məqsəd qaz anbarlarının doldurulması olmalıdır ki, gələn qış üçün kifayət qədər yanacaq olsun.

"Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd enerji mənbələrinin (elektrik stansiyalarının) işlək vəziyyətdə saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər", - V.Urbançiç bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb olacağı ilə bağlı qorxu var:

"İndi Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq".

Paylaş:
343

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər