30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib – Prezident | 1news.az | Xəbərlər
Rəsmi

30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib – Prezident

S.Xankişiyeva11:14 - 02 / 04 / 2022
30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib – Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, məktubda Prezident İlham Əliyev bu il Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.

“Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır”, - deyə təbrik məktubunda qeyd olunub.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinin ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratdığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər”.

Prezident İlham Əliyev bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərlərini, Sədr Si Cinpin ilə apardığı ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırladığını, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Sonda dövlətimizin başçısı Sədr Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Paylaş:
363

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər