Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

16:25 - 06 / 04 / 2022
Azərbaycanda bu mənzillərin vahid informasiya bazası yaradılacaq

Azərbaycanda tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nı üzrə Tədbirlər Planında əksini tapıb.

Fəaliyyət planında bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması İqtisadiyyat Nazirliyinə tapşırılıb.

1news.az

Paylaş:
315

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər