Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

S.Xankişiyeva13:42 - 09 / 04 / 2022
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, parlamentin növbəti toplantısı aprelin 12-də keçiriləcək.

İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər