Prezident İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir

16:12 - 11 / 04 / 2022
Prezident İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir

Düz 4 il əvvəl, 2018-ci ilin aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı müdrik qərar verərək cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi.

Azərbaycan seçicisi cənab Prezidentə növbəti dəfə etimad göstərməklə davamlı inkişafa, güclü dövlət quruculuğuna, yüksək sosial rifaha, iqtisadi tərəqqiyə, sabitliyə, özünün işıqlı gələcəyinə, bir sözlə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısına səs verdi.

Son 4 ildə ölkəmiz öz müstəqillik tarixinin ən şanlı mərhələsini yaşadı. Müzəffər Ali Baş Komandanın rəbərliyi ilə güclü Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. 2020-ci ilin sentyabrın 27-də əks-hücüm əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın ordusu darmadağın edilərək Qarabağımız, Şərqi Zəngəzurumuz öz azadlığına qovuşdu. 2020-ci il 10 noyabr tarixli Bəyanatla təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu. “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyən cənab Prezident hələ 2003-cü ilin oktyabrın 31-də əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq buna and içmişdi. Müzəffər Ali Baş Komandan Prezident kimi fəaliyyət göstərdiyi gündən etibarən gərgin əməyi nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Nəticədə bu gün işğaldan azad edilən ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkanına çevrilməsi və Böyük Qayıdışın reallaşması üçün tarixi addımlar atılır. Xüsu­si olaraq qeyd etməliyik ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirir.

Cənab Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” tezisi də söz ilə əməlin vəhdətini ifadə edir. 2018-ci il aprelin 11-də keçirilən Prezident seçiklərindən sonrakı dövr sosial siyasət modelinin effektivliyini əks etdirən faktlarla zəngindir. Belə ki, son 4 ildə Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşı­laşdırılması istiqamətində inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi daha da gücləndirildi. Çoxsaylı yeni iş yerlərinin açılması, işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi nümunəvi sosial siyasətin nəticəsidir.

Hər zaman olduğu kimi, 2018-ci ildən bu yana xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları cənab Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olundu. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli qəhrəmanlara, Vətən müharibəsi qəhrəmanlarına verilən təqaüdlərin məbləği artırıldı. Şəhid ailələri və müharibə əlilləri mənzil və evlərlə, minik avtomobillərilə təmin olundu.

Cənab Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan eyni zamanda COVİD 19 pandemiyasından uğurla çıxan azsaylı dövlətlərdən oldu. Ölkəmizdə pandemiyaya qarşı 3 istiqaməti - əhalinin həyat və sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığın inkişaf etdirilməsini özündə əks etdirən mübarizə strategiya­sı bu qlobal bəlanın doğurduğu itkiləri minimuma endirməyə imkan verdi. Eyni zamanda pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara maliyyə dəstəyi göstərildi, işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə ödənişlər edildi. Bütövlükdə COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün 2.7 milyard dollar həcmində sosial-iqtisadi paket təqdim edildi. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçildi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən on­larla ölkəyə koro­navirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etdi, ehtiyacı olan ölkələrə təmənnasız olaraq vaksin göndərdi.

Pandemiya dövründə iqtisadi inkişafda geriləmənin qarşısını alan dövlətimiz tezliklə iqtisadiyyatda artımı təmin etdi. Yeni qlobal təsirlərə və şoklara baxmayaraq, ölkəmizin maliyyə imkanları genişləndirildi, strateji valyuta ehtiyatları artdı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı fəaliyyət davam etdirildi.

Əvvəlki illərdə olduğu kimi, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərindən sonra da cənab Prezident İlham Əliyev regionların, o cümlədən Sumqayıtın inkişafına xüsusi diqqət ayırdı. Sənaye şəhəri kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Sumqayıt, dövlət başçımızın qayğısı sayəsində bu gün müasir sənayenin çağırışlarına cavab verməkdədir. Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində verilən tapşırıqlara uyğun olaraq görülən işlər Sumqayıt şəhərində də öz bəhrəsini verir. Kimya Sənaye Parkı, Texnologiya Parkı, eləcə də digər müəssisələr yerli istehsalın genişləndirilməsi, idxalın əvəzlənməsi və ixracın artmasında getdikcə payını yüksəldir. Bütün bu nailiyyətlər isə ölkəmizin iqtisadi inkişafına xidmət göstərir.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, dövlətimizin başçısı ötən 4 ildə məhz bu baza prinsipinə əsaslanaraq, davamlı iqtisadi inkişafı təmin etdi. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu - TANAP qaz boru kəmərinin açılışı, 2020-ci il dekabrın 31-dən isə Trans - Adriatik Boru Kəməri - TAP layihəsi vasitəsilə Azərbaycan qazının Avropaya ixracının başlanılması ölkəmizin iqtisadi gücünü daha da artırdı. Bu gün ölkəmiz mühüm beynəlxlaq enerji və nəqliyyat layihələrinin iştirakçısıdır. Bütün bunlar ölkəmizin beynəlxalq arenalarda mövqeylərini daha da möhkəmləndirdi.

Bu dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və əldə olunan diplomatik uğurlar Azərbaycanı dünyanın ən mühüm siyasi və iqtisadi təşkilatlarının dəyişməz tərəfdaşı etdi. Dövlət başçımızın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanı regional gücə və dünya siyasətində nüfuzlu aktora çevirdi. Azərbaycan ötən müddət ərzində regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-cu ildən həmin təşkilata uğurla sədrlik etməsi buna bariz nümunədir.

Ümumilikdə, ölkəmizin daxili və xarici siyasətində mühüm nailiyyətlər qazanan, güclü Ordu quruculuğuna nail olan, Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli bayrağımızın dalğalanmasını təmin edən Müzəffər Sərkərdə - cənab Prezident İlham Əliyev xalqımızın qürur mənbəyidir! Cənab Prezidentlə yanaşı, ən yaxın silahdaşı, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisi naminə çoxşaxəli fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanıb. Mehriban xanım Əliyeva vətəndaş məmnunluğuna xidmət edən çoxsaylı layihələrin reallaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəniyyətimizin, zəngin tarixi irsimizin qlobal arenada təbliğ olunmasında əvəzsiz xidmətləri var.

Qarşıda isə bizi yeni hədəflər gözləyir. Hazırda Ermənistanla sülh sazişinin imzalanması istiqamətində keçirilən görüşlərdə əldə olunan nəticələr də dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyinə, dünyada böyük nüfuzuna əsaslanır. Cənab Prezidentin siyasi-diplomatik səyləri tezliklə regionda sülh və təhlükəsizliyin bərqərar olacağından, kommunikasiya xətlərinin bərpa edilərək, Zəngəzur dəhlizininin reallaşacağından xəbər verir. Azərbaycan xalqı inandığı, etimad göstərdiyi Böyük Lideri ilə birgə hələ çox zəfərlərə imza atacaq!

Emin Hacıyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
466

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər