Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın tərkibi genişləndirilib
“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının 1-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilir və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.