Çempionlar Liqasında bütün yarımfinal iştirakçıları bəlli olub
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
1news.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.
İngiltərənin “Liverpul” klubu cavab oyununda Portuqaliya “Benfika”sını qəbul edib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.
İlk matçda da 3:1 hesabı ilə qələbə qazanan ingilislər yarımfinala adlayan tərəf olub.
Gecənin digər matçında başqa bir İngiltərə təmsilçisi “Mançester Siti” isə İspaniyada Madridin “Atletiko” klubu ilə üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb.
İngiltərədəki oyunda 1:0 hesabı ilə qalib gələn “Mançester Siti” qitənin nüfuzlu çempionatında yarımfinal oynamaq şansı qazanıb.
Beləliklə, yarımfinalda "Liverpul" "Vilyarreal"la, "Mançester Siti" isə "Real" ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
23:00. "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun - 0:1
1news.az