ÜST Azərbaycan rəhbərliyinə təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

ÜST Azərbaycan rəhbərliyinə təşəkkür edib

13:41 - 26 / 04 / 2022
ÜST Azərbaycan rəhbərliyinə təşəkkür edib

Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Daha sonra Hans Henri Kluge səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tədbirdə ölkəmizin digər səhiyyə qurumlarının rəhbərləri də iştirak edib.

Nazirlikdən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya Səhiyyə Təşkilatı olub”.

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib: “Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib”.

Öz çıxışında Teymur Musayev həmçinin milli səhiyyənin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərdə Ümumdünya Səhiyyə Təşkilatının ölkə nümayəndəliyinin fəallığını xüsusi qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Henri Kluge qlobal səhiyyə hədəflərinə nail olmaq üçün ilkin səhiyyə xidmətlərinin prioritet təşkil etməsinin əhəmiyyətini vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.

Ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirən Hans Henri Kluge təmsil etdiyi qurumun Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında potensial əməkdaşlıq sahələri üzrə geniş müzakirələr aparıblar.

1news.az

Paylaş:
297

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər