Mariupol meri: “Azovstal”da ağır döyüşlər davam edir” | 1news.az | Xəbərlər
Dünya

Mariupol meri: “Azovstal”da ağır döyüşlər davam edir”

17:24 - 04 / 05 / 2022
Mariupol meri: “Azovstal”da ağır döyüşlər davam edir”

“Azovstal” polad kombinatında ağır döyüşlər davam edir.

1news.az “Reuters“ə istinadən xəbərinə görə, bu barədə Mariupol meri Vadim Boyçenko Ukraynanın milli televiziya kanalına açıqlamasında bildirib. O, şəhərin sonuncu müdafiəçiləri ilə bəzi mülki şəxslərin sığındığı kombinatda ağır döyüşlərin davam etdiyini deyib.

Vadim Boyçenko ukraynalı döyüşçülərlə əlaqənin kəsildiyini qeyd edib.

O əlavə edib ki, kombinatda təxliyəni gözləyən mülki əhali arasında 30 uşaq da var.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər